Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı

05.01.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Basketbol Super Liqasının XIV turunda “Beşiktaş” doğma meydanında “Fənərbaxça Beko” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” oyunda 101:87 hesabı ilə qələbə qazanıblar.

Bu nəticə ilə İstanbul təmsilçisi “qara qartallar”ın 13 oyunluq qələbə seriyasına son qoyub. Eyni zamanda “Beşiktaş” mövsümdə ilk məğlubiyyətini yaşayıb.

Qarşılaşmanın 4-cü periodunda “Fənərbaxça” 93:77 hesabı ilə öndə olarkən, təhqiramiz şüarlar səbəbilə oyuna ara verilib və hakimlər soyunub-geyinmə otağına yollanıblar.

Zal boşaldıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.

ABL: Bu gün daha üç oyun keçiriləcək ABL "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandırıb ABL: XI tura start veriləcək ABL: X tura yekun vurulub ABL: X tura bu gün yekun vurulacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью