Türkiyə detalı diqqət çəkir! Trampın Yaxın Şərq səfəri başlayır

22.04.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Leavitt Trampın mayın 13-16-da Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edəcəyini açıqlayıb, lakin səfərin təfərrüatlarına varmayıb.
ABŞ prezidenti Tramp daha əvvəl bəzi açıqlamalarında may ayında Səudiyyə Ərəbistanına gedəcəyini bildirmişdi.

Digər tərəfdən Trampın Yaxın Şərq səfəri çərçivəsində Türkiyəyə də gələ biləcəyi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi bildirilib.

Trampın Türkiyəyə gəlib-gəlməyəcəyi hələ də bəlli deyil.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью