Türkiyə diplomatik mənbələri: Ermənistanla sərhədin açılması məsələsi müzakirə olunmur

03.11.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi hazırda müzakirə olunmur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbələri “RİA Novosti”yə bildirib.

Mənbə qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar davam edir.

“Hazırda söhbət münasibətlərin normallaşdırılmasından gedir, sərhədlərin açılmasından deyil. Bu məsələ prosesin gedişindən asılı olacaq, hələ dəqiq müddət yoxdur”, - mənbə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью