Türkiyə dizel idxalını şaxələndirir

28.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə enerji təchizatında alternativ mənbələrin payını artırır. ABŞ və Hindistandan ölkəyə dizel idxalı avqust ayında rekord səviyyəyə yüksəlib.

Reuters-in məlumatına görə, Kpler enerji məlumatları şirkətinin hesablamaları əsasında Hindistandan Türkiyəyə gündəlik dizel tədarükü 120 min bareli, ABŞ-dan idxal isə 90 min bareli ötüb. Bu göstəricilər həmin istiqamətlər üzrə son illərin ən yüksək aylıq həcmləri hesab olunur.

Türkiyənin ənənəvi əsas yanacaq tədarükçüsü olan Rusiyanın payı isə kəskin azalıb. Mənbə bildirir ki, 2025-ci ildə Türkiyənin dizel idxalının təxminən 85 faizi Rusiyanın payına düşürdü. Bu ilin avqustunda isə Rusiyanın payı təxminən 20 faizə enib.

Məlumata görə, Rusiyadan Türkiyəyə gündəlik dizel tədarükü ilin əvvəlində 200 min bareldən çox olduğu halda, avqust ayında təxminən 80 min barelə qədər azalıb. Rusiyanın yanacaq ixracındakı azalmaya ölkənin neft emalı zavodlarına edilən hücumlar və Moskvanın dizel ixracına tətbiq etdiyi məhdudiyyətlər təsir göstərib.

Yaxın Şərqdə davam edən qarşıdurma da enerji bazarındakı vəziyyəti mürəkkəbləşdirib. Regiondakı neft emalı müəssisələrinə dəyən ziyan və Hörmüz boğazından daşımaların məhdudlaşması yanacaq təchizatına əlavə təzyiq yaradıb.

Türkiyənin ABŞ və Hindistandan idxalı artırması ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yanacaq tədarükünün müxtəlif mənbələr hesabına şaxələndirilməsi siyasətinin aktuallaşdığını göstərir.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью