Türkiyə dövlət başçısı: BMT TŞ də müsəlman ölkəsi də olmalıdır

03.03.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

BMT Təhlükəsiz Şurasında (TŞ) müsəlman ölkəsi də olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib  ki, təşkilatda veto hüququna malik müsəlman ölkəsinin də təmsil olunmasına ehtiyac var: “Bu, zərurətdir”.

Ərdoğanın sözlərinə görə, müsəlmanlar dünya əhalisinin dördəbirini təşkil edir: “Müsəlmanlar artıq qərar qəbul etmə prosesində iştirak etməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью