Türkiyə dünya çempionatına başlayır Milyonlar ekran qarşısında

13.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

2026-cı il dünya çempionatında qrup mərhələsinin ilk turu davam edir. Bu gün və sabah azarkeşləri bir neçə maraqlı qarşılaşma gözləyir.

“Yeni Sabah” xəbər verir ki, oyun gününün açılış matçında B qrupunun iştirakçıları Qətər və İsveçrə üz-üzə gələcəklər. Daha sonra C qrupunda Braziliya Mərakeşlə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Həmin qrupun digər görüşündə isə Şotlandiya Haiti ilə qarşılaşacaq.

Türkiyə millisi də mundialda mübarizəyə start verir. D qrupunda yer alan "ay-ulduzlular" ilk sınağında Avstraliya yığması ilə qarşılaşacaq. Marqarita pizza

Dünya çempionatı, I tur

13 iyun

23:00 – Qətər – İsveçrə

14 iyun

02:00 – Braziliya – Mərakeş

05:00 – Haiti – Şotlandiya

08:00 – Avstraliya – Türkiyə

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundial iyulun 19-da başa çatacaq.

 Cəlalə Cəlalqızı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью