Türkiyə dünyada ilk olacaq PUA hazırlayır

06.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə dünyada ilk olacaq PUA yaradılır.

Oxu.Az-ın "Hürriyet" nəşrinə istinadən xəbərinə görə, bu barədə sözügedən ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Nazir meşə yanğınlarında süni intellektdən faydalandıqlarını və dünyada ilk olacaq suatan pilotsuz uçuş aparatları (PUA) üzrə ölkənin müdafiə sənayesi ilə işlərə başladıqlarını bildirib:

"PUA-ların meşə yanğınlarında istifadə məsələsi ilə bağlı müdafiə sənayemizlə birlikdə işləyirik. Hazırda yanğınları aşkarlamaq üçün dronlardan istifadə edirik. Amma haqqında danışdığım yeni iş birbaşa müdaxilə məqsədlidir, dünyada indiyədək mövcud deyil. Çin mənşəli bəzi tətbiqləri görürük, lakin meşə yanğınları çətin coğrafi ərazilərdə baş verir, mövcud proqramlar yalnız daha düz və asanlıqla çatmağın mümkün olduğu yerlərdə istifadə edilir".

Nazirin sözlərindən aydın olub ki, Türkiyə çətin yerlərdə istifadə üçün PUA-ların hazırlığına başlayıb:

"Dünyaya, Türkiyəyə ayrıca iqtisadi fayda verəcək bir cihaz yaratmış olacağıq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью