Türkiyə Ədalət Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz

17.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz

“Report” xəbər verir ki, bunu Türkiyə Ədalət Akademiyasının rəhbəri Muhittin Özdemir "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının nəzdində qurulmuş hüquq və ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş təşkilatın dönəm liderliyini Türkiyədən sonra Azərbaycan yerinə yetirib:

“Bu il iyun ayında Bakıda proqram hazırlamışdıq. Bu sayca ikinci proqramdır. Azərbaycan dönəm liderliyini Qazaxıstana təhvil verəcək. Bu tədbirlərin məqsədi Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığı hüquq sahəsində də inkişaf etdirməkdir. Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz. Ona görə də hüquq sahəsində dövlətlərin ixtilaflarını ortaq mədəniyyət çərçivəsində həll edilməsinə çalışırıq”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью