Türkiyə Efiopiya xalqına başsağlığı verib...

31.12.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Türkiyənin Xarici İşlər Nazirliyi Efiopiyanın Sidama əyalətində baş verən yol qəzasında həyatını itirənlərin ailələrinə və Efiopiya xalqına başsağlığı verib.
SİA xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Efiopiyanın Sidama əyalətində baş verən yol qəzasında çox sayda insanın həyatını itirdiyi bildirilib və həyatını itirənlərin ailələri ilə Efiopiya xalqına başsağlığı verilib.
Qeyd edək ki, Şərqi Afrika ölkəsi Efiopiyada toy mərasiminə gedənləri daşıyan yük maşınının çaya aşması nəticəsində bəy də daxil olmaqla 71 nəfər ölüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью