Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? Sorğu

14.09.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Türkiyə vətəndaşları Azərbaycanı ölkənin ən yaxın dostu hesab ediblər.

Axar.az xəbər verir ki, bu barədə “ASAL Araştırma” şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Respondentlərin 56,5%-i Azərbaycanı Türkiyənin ən yaxın dost ölkəsi hesab edib.

Dost ölkələr siyahısında ilk beşlik belədir:

- Azərbaycan – 56,5%

- Yaponiya – 50,2%

- Çin – 48%

- İtaliya – 46,7%

- Rusiya – 38,4%.

Sorğuda Türkiyə sakinlərinin düşmən ölkə hesab etdiyi dövlətlər də müəyyənləşdirilib:

- İsrail – 83%

- ABŞ – 74,6%

- Yunanıstan – 61,5%

- İran – 51,7%

- Fransa – 48,4%.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью