Türkiyə Ər Riyada dəstəyini davam etdirəcəyini bildirib

14.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla telefon danışığı aparıb.

Məlumatı “Anadolu” verib. 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, tərəflər regiondakı son hadisələri və Səudiyyə Ərəbistanına hücumları müzakirə ediblər.

Prezident Ərdoğan Türkiyənin Səudiyyə Ərəbistanı ərazisinə husi hücumlarını qətiyyətlə pislədiyini və insan itkisi ilə bağlı başsağlığı verdiyini bildirib.

Türkiyə lideri Ankaranın Ər-Riyada dəstəyini davam etdirəcəyini vurğulayıb. O, həmçinin Səudiyyə Ərəbistanının mövcud çətinliklərin öhdəsindən gələ biləcəyinə əminliyini ifadə edib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью