Icma.az bildirir, Yenisabah portalına istinadən.
Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsi çərçivəsində Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər.
"Yeni Sabah" "Türkiye" qəzetinə istinadla xəbər verir ki, əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edə biləcək.
Rəsmi Ankara Səudiyyə Ərəbistanındakı 4 strateji əhəmiyyətli qaz və enerji obyektinin müdafiəsində, o cümlədən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadədə iştirak edə bilər. Türkiyə və Pakistan kontingentlərinin ölçüsü, onların bölmələrinin tərkibi və yerləşdirilmə yerlərinin yaxın günlərdə müəyyənləşdirilməsi gözlənilir. pizza
Türkiyə artıq Səudiyyə Ərəbistanına 200-dən çox hərbi mütəxəssis göndərib, habelə elektron müharibə sistemləri, yerüstü və zenit-raket sistemləri tədarük edib. Eyni zamanda, Ankaranın Yəməndə hücum əməliyyatları aparmaq planı olmadığı, lakin ordusuna taktiki, strateji və lojistik dəstək verə biləcəyi deyilir.