Türkiyə Ermənistan sərhədi açılır? AÇIQLAMA

19.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə sərhədlərin açılması ilə bağlı bəyanatından sonra belə bir fikir yaranıb ki, guya Türkiyə ilə sərhədlər qısa müddətdə açıla bilər. Doğrudur, bu istiqamətdə işlər görülür və sərhədlərin açılması ilə bağlı hər iki tərəf intensiv tədbirlər həyata keçirir. Texniki məsələlərin də əksəriyyəti həll olunub".

Bunu Redaktor.az-a Türkiyə-Ermənistan sərhədinin tezliklə açılma ehtimalından danışan politoloq Oktay Qasımov bildirdi.

Onun sözlərinə görə, Ermənistanın XİN rəhbərinin açıqlaması sərhədlərin yaxın zamanda açılacağı anlamına gəlmir:

"Çünki Türkiyə tərəfi son dövrlərə qədər birmənalı şəkildə bəyan edirdi ki, Ermənistanla sərhədlərin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır və bu məsələ Azərbaycanla koordinasiya edilir. Yəni Azərbaycan razılıq verəcəyi təqdirdə sərhədlər açıla bilər. Bu baxımdan hesab edirəm ki, sərhədlərin açılması ilə bağlı qərar Azərbaycan və Türkiyə tərəfindən veriləcək. Həmin qərarın qısa müddətdə, yəni bir neçə ay ərzində qəbul olunması real görünmür.

Türkiyə tərəfi sülh müqaviləsi imzalanana qədər də belə bir addım ata bilər. Ancaq bir daha qeyd edirəm ki, bu, Azərbaycanla razılaşdırılmalı və koordinasiyalı şəkildə həyata keçirilməlidir. Ona görə də Türkiyə rəsmilərinin bu prosesi Azərbaycanla koordinasiyalı şəkildə davam etdirmək niyyətinə ciddi yanaşmaq və diqqət yetirmək lazımdır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью