Türkiyə Ermənistan sərhədi açılır? Rubinyandan üstüörtülü açıqlama

19.01.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə tərəfində Əlican keçid məntəqəsi, Ermənistan tərəfində isə Marqara keçid məntəqəsi yenidən açılır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan 19 yanvarda parlamentdə jurnalistlərlə söhbətində bildirib.

"Gələcək hadisələrlə bağlı hələlik susmağa icazə verin. Vaxtı çatanda hər şeyi açıqlayacağam. 2022-ci ildən bəri sərhədin üçüncü ölkələr və diplomatik pasport sahibləri üçün açıq olması barədə razılıq var", - deyə Rubinyan bildirib.

O, Türkiyə Prezidenti Ərdoğanın bu ilin əvvəlində simvolik addımlar atılacağı barədə açıqlamasına münasibət bildirərək deyib: 

"Bu barədə çox danışmaq istəmirəm, amma bu, gizlədəcəyim bir şey olduğuna və ya sizə məlumat vermək istəmədiyimə görə deyil. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesindəki təcrübəm göstərir ki, bir şeyin baş verməsini gözləmək və sonra hər şeyi elan etmək daha yaxşıdır. Mən bu cür proseslərə heç bir şəkildə zərər vermək istəmirəm.

Bizim mövqeyimiz həmişə belə olub ki, sərhədlərin tam açılmasını və diplomatik münasibətlərin qurulmasını istəyirik”. O bildirib ki, bu baxımdan Ermənistanın mövqeyi dəyişməyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью