Türkiyə Ermənistan üçün “Alican”ı açdı ABŞ alqışladı

22.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb.

“Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib.

Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub.

“Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью