Türkiyə Ermənistana təşəkkür etdi Foto

19.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanla əməkdaşlıq nəticəsində axtarışda olan İbrahim Kaymak və Ərcan Yılmaz Ermənistanda həbs olunaraq, ekstradisiya edilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə DİN-in X sosial şəbəkəsində bəyanat yayılıb.

Bəyanatda Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa Ordu Polis İdarəsi ilə əməkdaşlığa görə təşəkkür edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan XİN beynəlxalq axtarışda olan iki nəfərin həbs edilərək, Türkiyəyə təhvil verildiyini bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью