Türkiyə Ermənistanın təhlükəsizliyinin qarantı olacaq Erməni deputat

12.02.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsinin perspektivi yoxdur, lakin ölkə üçün ciddi problemlər yarada bilər. 

Ölkə.Az xəbər verir ki, bunu parlamentdə Ermənistanın Aİ-yə üzvlüklə bağlı qanun layihəsinin müzakirəsi zamanı  müxalifətçi deputat, Daşnaksütyun Partiyasının üzvü Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, Ermənistan Aİ və Aİİ arasında seçim edə bilməz. “Ölkəmiz Aİİ-nin üzvü və KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir. Bu isə ən azı imperativ şəkildə addım atmamağı və onu “ya-ya da” seçimindən üstün tutacaq proseslərə girməməyi tələb edir”, - Rüstəmyan bildirib.

Deputat əlavə edib ki, Ermənistanın eyni vaxtda bir-biri ilə uyğun gəlməyən strukturlara qoşula bilməyəcəyi göz qabağındadır. “Ona görə də Aİ-yə inteqrasiya prosesi belə məntiqlə getməlidir: Ermənistan özünün təhlükəsizliyinə və mövcudluğuna təhlükə yaratmadığı qədər də Avropa İttifaqına daha yaxın olmağa hazırdır”, - deputat  qeyd edib.

O həmçinin hesab edir ki, Ermənistanın Aİ-yə daxil olması ilə təhlükəsizliyin qarantı Avropa İttifaqı deyil, Türkiyə olacaq. “Siz bizim xalqımızı Türkiyə və Rusiya arasında seçim qarşısında qoyacaqsınız”, - Rustamyan bildirib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью