Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Texniki xidmət, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra xətt modernləşdiriləcək
Türkiyənin Ermənistanla sərhəddə yerləşən dəmir yolu xəttində yenidənqurma işləri davam edir. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Qars vilayətinin Akyaka rayonunun başçısı İsmayıl Demirtaş işlərin gedişatını yoxlamaq üçün tikinti sahəsinə baş çəkib.
Səfər zamanı o, işlərin hazırkı vəziyyəti barədə ətraflı məlumat alıb. Yoxlama dəmir yolu xətti boyunca yolların yenilənməsi, infrastrukturun gücləndirilməsi, texniki xidmət və təmir işləri, eləcə də təhlükəsizliyin artırılmasına yönəlib.
Ermənistanla sərhəddə yerləşən bu strateji əhəmiyyətli dəmir yolu xəttində işlərin başa çatdırılması infrastrukturun modernləşdirilməsi və təkmilləşdirilməsi, nəqliyyat təhlükəsizliyinin artırılması və dəmir yolu nəqliyyatının gələcək inkişafına əhəmiyyətli dərəcədə töhfə verilməsi məqsədi daşıyır.
Qeyd edilib ki, texniki xidmət, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra xətt modernləşdiriləcək, daha təhlükəsiz, daha səmərəli olacaq və uzun illər xidmət göstərə biləcək.