Türkiyə F 16 ları 9 ildən sonra ABŞ da

08.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə 9 illik fasilədən sonra ABŞ-ın "Qırmızı Bayraq" təlimlərində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrindən “Qırmızı Bayraq - 2025” təlimində 5 F-16 təyyarə və 73 şəxsi heyət iştirak edəcək.

Xatırladaq ki, Türkiyə 2016-cı ildən bu təlimlərdə iştirak etmir. Buna səbəb Rusiyadan S-400 zenit-raket kompleks sistemlərinin alınması və ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırmaqla bağlı cavab qərarı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью