Türkiyə faiz dərəcəsini dəyişmədi Dünyada 2 ci yerdədir

15.06.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini dəyişməyərək 37% həddində saxlayıb.
Yeniavaz.com
 xəbər verir ki, bu qərar Mərkəzi Bankın Pul siyasəti komitəsinin iclasında qəbul edilib.
Məlumat üçün bildirək ki, Türkiyə hazırda dünyada uçot faiz dərəcəsinin ən yüksək olduğu 2-ci ölkədir. Uçot faiz dərəcəsi yalnız Venesuelada Türkiyədən yüksəkdir – 58,9%.
Qeyd edək ki, maliyyə naziri Mehmet Şimşək televiziya müsahibəsində Yaxın Şərqdəki gərginliyin Türkiyə iqtisadiyyatına ciddi inflyasiya təzyiqi yaratdığını etiraf etdi.
Onun sözlərinə görə, bu xarici amil olmadığı təqdirdə, 2026-cı ilin sonuna qədər inflyasiya səviyyəsinin təxminən 20% olacağı gözlənilirdi. Nazirin sözlərinə görə, müharibənin birbaşa və ikinci dərəcəli təsirləri və gözlənilən neft qiymətləri nəzərə alınmaqla, ölkə ən azı 5 faiz bəndi əlavə inflyasiya təzyiqi ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью