Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın "Roma"ya keçəcəyi ilə bağlı iddialara açıqlama verib.
QOL.az xəbər verir ki, TFF-nin sədr müavini Ceyhun Kazancı "TRT Spor" kanalına açıqlamasında deyib: "Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir.
Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək.
Biz məşqçimizdən razıyıq və məşqçimiz də bizdən razıdır. Məncə məşqçimizin o istiqamətə meyli olmayacaq.
Həmişə danışdığımız şey 2026-cı il dünya çempionatına necə gedəcəyimiz və orada nə edəcəyimizdir. Hər iki tərəf bir-birindən razıdır.
Yalnız bir hədəf var - 2026. İndi başımızı heç nə ilə qarışdırmayaq. Belə məsələlərdə müqavilədən çox niyyətə diqqət yetirmək lazımdır.
Oradan gələn məlumatlara çox fikir verməyək. Məşqçinin niyyətinə diqqət edək. Dünən birlikdə nahar etdik.