Türkiyə futbolu ilə bağlı mühüm qərar verildi

08.01.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Futbol üzrə Türkiyə Superliqasının oyunlarında VAR sisteminə müvəqqəti olaraq əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.

Axar.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub.

Bildirilib ki, bu addım VAR sistemindən daha səmərəli istifadəni təmin etmək və gənc hakimlərin inkişafına təkan yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью