Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" öz meydanında "Adana Dəmirspor"u qonaq edib.
İstanbul təmsilçisi hesabda 1:0 öndə olarkən, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.
Beləliklə, matç təxirə salınıb.
Qeyd edək ki, "Adana Dəmirspor" komandası müəmmalı penalti epizoduna etiraz olaraq belə bir qərar alıb.