Türkiyə futbolunda siyasət varmı? Ərdoğandan cavab

09.12.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep səfəri çərçivəsində Şahinbəy Milli Kitabxanasında gənclərlə görüşü zamanı futbolla bağlı suala maraqlı cavab verib.

“Cebheinfo.az” xəbər verir ki, görüş iştirakçılarından biri Prezident Ərdoğana "Futbol klublarımız arasında gərgin mübahisə gedir. Sizcə, bu mübahisə Türkiyə futboluna necə təsir edir? Bir də, izlədiyinizi bildiyim üçün sizdən cavab almaq istədiyim bir sual var. Sizcə Türkiyə futbolunda siyasət varmı?" sualını verib.

Prezident Ərdoğan cavabında deyib:

"Siyasətin girmədiyi yer varmı? Təəssüf ki, siyasət hər yerə qarışır. Bazar ertəsi "Rizespor" burada Qazianteplə oynayacaq. İndi nə deyəcəyəm? İndi siyasətdə populyar bir deyim var:"yaxşı oynayan qazansın". Burada da yaxşı oynayan qalib gəlsin. Amma çox təəssüf ki, Türkiyə futbolunda bu qədər klubların olmasına baxmayaraq, ciddi uğura imza ata bilmir. Artıq bunun öhdəsindən gəlməliyik".  

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью