Icma.az bildirir, Yenisabah portalına istinadən.
Türkiyə futbolunda mobbinq və rəsmi sənədlərin saxtalaşdırılması iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
“Yeni Sabah” xəbər verir ki, təhqiqat çərçivəsində Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu da daxil olmaqla ümumilikdə 7 şübhəli şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarının ölkənin 4 vilayətində eyni vaxtda həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər barəsində istintaq-araşdırma tədbirləri davam etdirilir. Dördpendirli pizza