Türkiyə gələn ay Somali sahillərində qazma işlərinə başlayacaq

02.01.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.

Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.

Qeyd edək ki, Türkiyə ilə Somali arasında bu barədə müqavilə 2024-cü ildə imzalanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью