Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır

20.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Müdafiə Sənayesi Dəstək Fonduna rekord məbləğdə vəsait ayrılır.

“Report”un xəbərinə görə, bu barədə milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində layihənin müzakirəsi zamanı məlumat verib.

Qeyd olunub ki, 2025-ci ildə sözügedən təşkilatın müdafiə və təhlükəsizlik xərcləri üçün 1 trilyon 608 milyard türk lirəsi (təxminən 45 milyard dollar) vəsait ayrılması nəzərdə tutulub.

Nazir xərclərin rekord həddə çatdırılmasının xarici asılılığı minimuma endirmək məqsədi daşıdığını vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью