Türkiyə gözəli bu səbəbdən ölkəsini tərk edir

03.10.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1996-cı il Türkiyə gözəli seçilən Sevilay Öztürk ölkəsini tərk edib.

BAKU.WS xəbər verir ki, o bu addımı inşaat mühəndisi olan həyat yoldaşı Vehbi Varolun işi səbəbilə atıb.

O, Bolqarıstana köçdüklərini və İstanbuldakı evini bağladığını bildirib.

Qeyd edək ki, Sevilay Öztürk həm də aktrisadır.

O "Bahar", "Yasak Elma" və "Arka Sokaklar" kimi reytinqli layihələrdə rol alıb.

Həyat yoldaşının ona heç bir maneə törətmədiyini dilə gətirən Sevilay, "Türkiyədən maraqlı təkliflər gələrsə dəyərləndirirəm. Layihə olduqca gəlib işlərimi görəcəm" deyərək ekranlara və səhnələrə açıq olduğunu vurğulayıb.

Xatırladaq ki, Sevilay Öztürk 2023-cü ildə Vehbi Varol ilə ailə qurub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью