Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
2012-ci ildən dünyanın əksər ölkəsinə uçuş həyata keçirən Türk Hava Yolları (THY) daha bir uğura imza atıb.
"Sherg.az" SonHaber-ə istinadən xəbər verir ki, THY "Ginnesin Rekordlar Kitabına" "Ən çox ölkəyə uçan havayolu" adı ilə düşüb.
"Ginnesin Rekordlar Kitabı"nın Türkiyə üzrə vitse-prezidenti Talal Ömər ümumilikdə 131 ölkəyə uçan THY-ni bu uğura görə təbrik edib.
"Bu rekord THY-nin qlobal aviasiya sənayesindəki həyati rolunu təsdiqləyir", - o deyib.