Türkiyə hərbçiləri terrorçulara aid mağara və silah sursat aşkarlayıb

21.06.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir.

"Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью