Türkiyə hərbçilərindən əməliyyat 11 terrorçu öldürüldü

30.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 11 silahlısı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində 10 , İraqın şimalında “Pənce-Kilit” əməliyyat rayonunda isə bir terrorçu öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью