Türkiyə hərbçilərini İraqdan təxliyə edib

26.03.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, NATO-nun İraqdakı missiyasının çıxarılması ilə bağlı qəbul edilmiş qərara əsasən, Bağdadda yerləşən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təxliyəsi uğurla həyata keçirilib. Türkiyə eyni zamanda müttəfiq ölkələrin hərbçilərinin çıxarılmasına da dəstək verib.
Nazirliyin sözçüsü, kontr-admiral Zeki Aktürkün sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli əməkdaşlıq çərçivəsində geniş coğrafiyada sülh və sabitliyin təmin olunmasına töhfə verməyə davam edir.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı hava zərbələrindən sonra regionda hərbi-siyasi gərginlik artıb. Buna cavab olaraq İran İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.
Münaqişə qısa müddətdə genişlənərək regionun bir sıra ölkələrini əhatə edib. Enerji infrastrukturu və dəniz nəqliyyatı üçün risklər artıb. Xüsusilə Hörmüz boğazı ətrafında gərginlik qlobal enerji bazarlarına təsir göstərib və neft qiymətlərində artım qeydə alınıb.
Hazırda bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırır.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью