Türkiyə hərbçilərinin cəsədi olan təyyarə Tbilisidən Ankaraya yola düşüb

13.11.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 13 noyabr, AZƏRTAC

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi noyabrın 13-də Tbilisidən Ankaraya yola düşüb.

Bu barədə AZƏRTAC-a Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью