Türkiyə hərəkətə keçdi: Hərbi gəmilər Qəzzaya doğru irəliləyir VİDEO

29.09.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatları humanitar fəlakət üçün yola çıxan Global Sumud flotiliyası ilə müşayiətə başlayıb. Hazırda flotiliya Qəzzadan bir neçə günlük məsafədədir.

Globalinfo.az xəbər verir ki, təşkilatçıların sözlərinə görə, Türkiyə hərbi gəmiləri onlarla əlaqə saxlayıb, ehtiyacları dəqiqləşdirib və dəstək göstərməyə hazır olduqlarını təsdiqləyiblər.

Əvvəlcə İtaliya və İspaniya da flotiliyanın qorunması üçün hərbi gəmilər göndərib. Son günlər isə humanitar missiyanın marşrutu üzərində Türkiyə pilotsuz uçuş aparatları fəaliyyət göstərir; Çorlu hava bazasından havaya qalxan dronlar üç gün ərzində gəmilərin üzərində dövr edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью