Türkiyə hərəkətə keçir?: İƏT üçün təhdid var | Icma.az
Icma.az, Sherg.az saytına istinadən bildirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Hindistana çağırış edib.
Dövlət başçısı bu barədə İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, “odun üzərinə benzin tökmək”, durumun daha da mürəkkəbləşməsində maraqlı olanlar var: “Buna baxmayaraq, biz gərginliyin artmasının qarşısını almaq üçün diplomatik kanalların işə düşməsini istəyirik”.Ərdoğan, həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını xatırladıb.Məlum olduğu kimi, tərəflər arasında gərginlik bir müddət davam edir.
Bu, dünyada nüvə eskalasiyası riskini yenidən gündəmə gətirib.Azərbaycan və Türkiyənin davam edən müharibə ilə bağlı mövqeyi eynidir.
Həm rəsmi Bakı, həm də Ankara İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində İslamabatın müttəfiqidir.
Bu mənada Azərbaycan və Türkiyənin Pakistanı dəstəkləməsi təəccüblü olmamalıdır.
Həm Azərbaycan, həm də Türkiyə gərginliyin azalmasında maraqlıdır.
Çünki toqquşmanın genişmiqyaslı müharibəyə çevrilməsi qlobal mənfi təsirlər vəd edir.
Tam oxu
Xəbəri oxu