Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi

07.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

DÇ 2026-ya hazırlaşan Türkiyə milli komandası növbəti yoxlama oyununu keçirib.

Milli.Az xəbər verir ki, Vinçenzo Montellanın yetirmələri Venesuela yığmasıyla üz-üzə gəlib.

Görüş ay ulduzluların 2:1-lik qələbəsiylə başa çatıb.

Matçın əvvəlində Mendozanın qoluyla 0:1 geriyə düşən Türkiyə ilk hissənin sonlarında Barış Alper Yılmazla bərabərliyi təmin edib.

İkinci hissədə Yunus Akgünün vurduğu qol komandaya qələbə qazandırıb.

Beləliklə, Türkiyə millisi Dünya çempionatı öncəsi son hazırlıq matçından qalibiyyətlə ayrılıb.

Qeyd edək ki, Türkiyə DÇ 2026-da D qrupunda qərarlaşıb. Onların qrupdakı rəqibləri Paraqvay, ABŞ və Avstraliya yığmalarıdır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью