Türkiyə heyəti ilə görüş

26.05.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Göygöl Rayon İcra Hakimiyyətində rayonda səfərdə olan Türkiyə Cümhuriyyətinin Sakarya Vilayəti Gənclər və İdman İdarəsinin müdir müavini Ercan Gündoğrunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə gənclər və idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ortaq layihələrin həyata keçirilməsi və birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlara Göygöl rayonu barədə ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью