Türkiyə hücum xəbərdarlığı verdi: Siyahı yayıldı, bu ölkəyə zərbə endiriləcək

11.09.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara ABŞ vasitəsilə İsrailə xəbərdarlıq göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiyənin Səsi” məlumat yayıb. Bildirilir ki,  Türkiyə Qətərdəki kimi yenidən hücuma məruz qalarsa, İsrailə qarşı birbaşa cavab zərbəsi endiriləcək.

Mənbələrin sözlərinə görə, Türkiyə Baş Qərargahı artıq strateji hədəflərin siyahısını hazırlayıb. Siyahıya İsrailin hərbi obyektləri, bazaları, mühüm iqtisadi qovşaqları, limanları, həmçinin Suriyadakı İsrail qüvvələri, o cümlədən Qolan təpələri daxildir.

Baş Qərargahın planında İsrailin hərbi potensialının qısa müddətdə zəiflədilməsi üçün sürətli və koordinasiyalı tədbirlər nəzərdə tutulur. Sənəddə həmçinin Qolan təpələrinin geri alınması məqsədilə Suriya qoşunları ilə mümkün əməkdaşlıq ehtimalı da qeyd olunub.

Mənbə bildirib ki, Türkiyə vəziyyətin gərginləşəcəyi təqdirdə sərhədlərini açmağa və əməliyyatların miqyasını genişləndirməyə hazırdır.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью