Türkiyə husilərə qarşı hücum əməliyyatları planlaşdırmır KİV

28.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Türkiyə Səudiyyə Ərəbistanına husilərin hücumlarından qorumaqda dəstək verməyə hazırdır, lakin Yəməndə hücum xarakterli əməliyyatlarda iştirak etmək niyyətində deyil”. 

525.az xəbər verir ki, bu barədə Al-Monitor nəşri adı açıqlanmayan türkiyəli məmura istinadən məlumat yayıb.

“Məkkə müqaviləsi müdafiə paktıdır. Məkkə müqaviləsi müdafiə paktıdır. Səudiyyə Ərəbistanı ərazisini hücumlardan müdafiə etmək Yəməndəki vətəndaş müharibəsində birbaşa iştirakdan fərqlidir”, - rəsmi bildirib.

Türkiyə diplomatik mənbənin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda saziş çərçivəsində hərbi əməkdaşlığın institusionallaşdırılmasına hazırlıqları müzakirə ediblər. Birinci mərhələ Ər-Riyadda daimi katibliyin və birgə hərbi qərargahın yaradılmasını əhatə edir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Selçuk Bayraktaroğlu sentyabrın 26-da Səudiyyə Ərəbistanına səfər edib. O, səudiyyəli həmkarı Fəyyad bin Hamed ər-Rüveyli və Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir ilə görüşüb.

Danışıqlar husilərin krallığın ərazisinə hücumlarının intensivləşdiyi bir vaxtda baş tutub.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью