Türkiyə ilə ABŞ arasında yeni tərəfdaşlıq dövrü başlayır

21.05.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Dövlət Departamenti Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupu toplantısından sonra açıqlama verib. Bəyanatda Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyi vurğulanıb və iki ölkə arasında güclü ikitərəfli münasibətlərdə “yeni tərəfdaşlıq dövrü”nün başlandığı vurğulanıb.

Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce verdiyi yazılı açıqlamada Vaşinqtonda keçirilən danışıqların ikitərəfli əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.

Bruce tərəflərin prezident Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı elanının həyata keçirilməsinin vacibliyini müzakirə etdiklərini və terrorizm üçün təhlükəsiz sığınacaq olmayan sabit, vahid Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini də vurğuladıqlarını bildirib.

Bruce verdiyi açıqlamada, "Dövlət katibinin müavini Kristofer Landau Türkiyə Xarici İşlər Nazirinin müavini Nuh Yılmaz ilə görüşüb. Landau ABŞ və Türkiyə arasındakı güclü ikitərəfli əlaqələrin yeni bir tərəfdaşlıq dövrü olduğunu və iki ölkənin sülh və ticarət kimi ortaq məqsədlərə uyğun olaraq geniş sahədə əməkdaşlığı genişləndirdiyini vurğulayıb".

Suriya Araşdırma Qrupu ilə bağlı Türkiyə-ABŞ Birgə Bəyanatında “Türkiyə və ABŞ-ın özü və qonşu coğrafiyası ilə barışıq içində olan sabit Suriya vizyonunu paylaşdığı” bildirilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью