Türkiyə ilə Avropa arasındakı gömrük məntəqələrindən keçənlərin sayı artıb AZƏRTAC

05.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 5 yanvar, Günel Karatepe, AZƏRTAC

Ötən il Türkiyə ilə Avropa arasındakı sərhəd-keçid məntəqələrindən istifadə edənlərin sayı 15 milyon 979 min 513 nəfərə çatıb. 2023-cü ildə bu rəqəm 14 milyon 963 min 180 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, ötən il Türkiyənin Bolqarıstan və Yunanıstana açılan gömrük məntəqələrindən keçənlərin sayının 2023-cü ilə nisbətən təxminən 7 faiz artdığı müşahidə olunub.

Bu müddət ərzində Türkiyə ilə Avropa ölkələri arasındakı gömrük-keçid məntəqələrindən 4 milyon 733 min mülki avtomobil istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 6 faiz çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью