Türkiyə ilə Azərbaycan arasında təbii qaz sazişi Resmi gazete də dərc edildi

18.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə ilə Azərbaycan arasında imzalanan təbii qaz sazişi "Resmi gazete"də dərc edilib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunan qərara əsasən, 14 may 2024-cü il tarixində İstanbulda imzalanmış "Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında təbii qaz sahəsi üzrə Əməkdaşlıq Sazişi" təsdiq edilib.

Saziş tərəflərin öz ərazilərindən keçməklə, Azərbaycandan və üçüncü ölkələrdən gələn təbii qazın alqı-satqısı, tədarükü, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığın artırılması məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью