Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Suriyada Bəşər Əsəd rejimini devirən silahlı qüvvələr rəsmən nizami ordu sisteminə keçir
Ölkənin ayrı-ayrı bölgələrindəki bütün qruplar bu məqsədlə paytaxt Dəməşqə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Suriyanın yeni müdafiə naziri Mərfa Əbu Kəsranın sədrliyi ilə Dəməşqdə keçirilən toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi komandirlərə təqdim edilib.
Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal dəstək verəcəyi bildirilib.
Həmçinin əldə edilmiş razılaşmalarla Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi varlığı olacaq.
Suriyalı general Əhməd Osman “Türkiyə”yə Dəməşqin məqsədinin yaxın bir il yarım ərzində 300 minlik ordunun qurulması olduğunu açıqlayıb.
PKK/YPG terror təşkilatının rəhbərliyi dekabrın 8-dən etibarən çoxsaylı görüşlər üçün Dəməşqə müraciət edib.