Türkiyə ilə bağlı qorxunc açıqlama: Böyük zəlzələ...

21.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İstanbulda 4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Böyükçəkməcə rayonundan təxminən 23.6 kilometr məsafədə, 8.16 kilometr dərinlikdə qeydə alınıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, zəlzələ üzrə ekspert, professor Şükrü Ərsoy sözügedən zəlzələnin dağıdıcı və ya zərərli olmadığını bildirib.

“Qorxulu bir şey yoxdur. Aprelin 23-də Kumburqaz fayında zəlzələ baş verdi və buradakı enerji yavaş-yavaş boşalır. Hər gün 2-3 yeraltı təkanlar qeydə alındıqca, say azalır. Qonşu faylarda zəlzələlər 1 aydır davam edir”.

Professor Övgün Əhməd Ərcan isə deyib ki, bu cür lokal zəlzələlər əsas qırılmadan əvvəl baş verə bilər:

“Bu, böyük İstanbul zəlzələsinin siqnalı kimi qəbul edilməlidir”.

Geoloq Cəlal Şəngör də oxşar düşüncədədir.

“Əgər yenə 6,2 bal gücündə zəlzələ olarsa, bu, İstanbulda gözlənilən böyük zəlzələyə işarədir”, – o bildirib.

Seysmoloq Naci Görür isə vurğulayıb ki, son hadisə Kumburqaz fayında baş verib:

“23 apreldən bu yana, sözügedən fayda kiçik gərginliklər davam edir”.

Ümumiyyətlə, ekspertlər Mərmərə dənizindəki qırılma xətlərinin aktiv olduğunu vurğulayırlar. Güclü zəlzələnin vaxtı ilə bağlı dəqiq tarix yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью