Türkiyə ilə bağlı vəd verdi “İsrail baş naziri olsam, bunu edəcəm”

19.08.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hakimiyyətə qayıdacağım təqdirdə İsrailin çəkindirmə strategiyasını dəyişəcək və “Hizbullah” terror təşkilatının hər bir hücumuna cavab olaraq İranı hədəfə alacağıq”.

Turkustan.az xəbər verir ki, bunu İsrailin keçmiş hökumət başçısı, qarşıdakı seçkilərdə baş nazirliyə namizəd Naftali Bennett deyib.

Sabiq baş nazir həmçinin Qətəri “düşmən ölkə” elan edəcəyinə söz verib.

“Türkiyə və Qətəri Qəzza zolağından çıxaracağıq, onların yerinə Misiri gətirəcəyik, həmçinin İsrailin bölgədəki fəaliyyət azadlığını qoruyacağıq”, - Bennett vurğulayıb./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью