“Türkiyə ilə çox yaxşı dialoqumuz var” Mirzoyan

18.10.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ermənistan yaxın həftələr və aylarda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında, eləcə də sərhədin açılmasında irəliləyişə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle”yə müsahibəsində bildirib.

“Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqlarımız var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar… Hesab edirəm ki, yaxın həftələr və aylarda biz bu istiqamətdə olduqca hiss olunan irəliləyişə nail olacağıq”, – deyə o bildirib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью