Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə ilə Misir arasında iqtisadi və institusional əməkdaşlığın inkişafına yönəlmiş iki sənəd imzalanıb.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bedr Abdulati və Misirin investisiya və xarici ticarət naziri Məhəmməd Fərid Saleh arasında “Birgə Planlaşdırma Qrupu Toplantısı Protokolu” və “Azad Ticarət Sazişinin 3 nömrəli Mənşə Protokolunun dəyişdirilməsinə dair Qərar” imzalanıb.
Sənədlərin imzalanması Türkiyə ilə Misir arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
Agentliyin məlumatında qeyd olunur ki, sənədlər Türkiyə-Misir əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi ilə bağlı aparılan danışıqlar çərçivəsində imzalanıb.
Türkiyə və Misir son illərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində siyasi və diplomatik təmaslarını intensivləşdirib. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə regional məsələlərlə yanaşı, iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi də müzakirə olunur.
İmzalanan sənədlərin iki ölkə arasında ticarət və iqtisadi münasibətlərin hüquqi-institusional bazasının daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.
N.Adilqızı
XQ