Türkiyə ilə müharibə? Nə dediyinizi başa düşürsünüz!?

16.07.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə kimi bir ölkə ilə barışıq yolunu tutmasaq, o zaman hansı yolu tutmalıyıq?

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, hakimiyyətin Türkiyə ilə münasibətləri normallaşdırmaq səylərindən qəzəblənən insanların nəyə arxayın olduğunu soruşub:

“Demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Nədən danışdığımızı başa düşürük? Hazırkı “hibrid hücum” təhlükəsi belədir ki, tezislər ictimai müzakirəyə çıxarılır, onun ətrafında elə bir səs-küy yaranır ki, insanlara bu tezislərin mahiyyətini anlamağa imkan verilmir”.

Paşinyan qeyd edib ki, Ermənistan sülhün bərqərar olmasına çalışır və bu gün uzunmüddətli sülhün bərqərar olması üçün bütün səylər göstərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью