Türkiyə ilə oyunda rekorda imza atdı

28.03.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, o, milli komandalar tarixində ən yaşlı məşqçi olub. Luçesku DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə pley-off matçında (0:1) yığmaya 80 yaş 7 aylıqda rəhbərlik edib.

Rumıniyalı mütəxəssis bununla da komandaya 80 yaş 6 aylıq yaşında rəhbərlik edən Kuk Adaları millisinin sabiq məşqçisi Alan Teylorun rekordunu keçib.

Təcrübəli məşqçi karyerasına 1979-cu ildə "Korvinul"u idarə edərkən başlayıb. O, daha sonra Ukraynada "Şaxtyor" və "Dinamo" Kiyev, Rusiya və Türkiyə klublarında çalışıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью