Türkiyə ilə Suriya arasında avtomobil yolu ilə yükdaşımalar bərpa olunub

29.08.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbul, 29 avqust, Günel Karatepe, AZƏRTAC

On üç illik fasilədən sonra Türkiyə ilə Suriya arasında avtomobil yolu ilə birbaşa yükdaşımalar bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O, dünən 4 yük maşınının Mersindən Hələbə, 3 yük maşınının isə İdlibdən Mersinə getmək üçün Cilvegözü sərhəd-keçid məntəqəsindən keçdiyini deyib.

Nazir bildirib ki, bu ölkədə 2024-cü ilin dekabrında baş verən hadisələrdən sonra yükdaşımalara yenidən start verilib və bu il iyunun 27-29-da İstanbulda keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumunda Suriya ilə Türkiyə arasında avtomobil yükdaşımaları ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью